“Qarabağa bir erməni qayıtsa...” - Millət vəkili

saytların hazırlanması

Evə çatdırılma

“Qarabağa bir erməni qayıtsa...” - Millət vəkili

Siyasət

02 Dekabr 2024 13:22 1040


“Qarabağa bir erməni qayıdarsa, Qərbi Azərbaycana da bir azərbaycanlı qayıtmalıdır”.

“Yeni Sabah” xəbər verir ki, bunu Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa parlamentdə keçirilən “Qərbi Azərbaycana təhlükəsiz və ləyaqətli qayıdış” mövzusunda dinləmədə deyib.

“Bir məqama diqqət etməliyik ki, ermənilərin Azərbaycana hansısa formada qayıdışının alternativi olaraq azərbaycanlıların Qərbi Azərbaycana qayıdışı tezisini aktual şəkildə bütün beynəlxalq platformalarda gündəmdə saxlamalıyıq. Biz elə etməliyik ki, Qarabağa bir erməni qayıdarsa, Qərbi Azərbaycana da bir azərbaycanlı qayıtsın. Əgər min erməni azad olunmuş ərazilərə qayıdacaqsa, min azərbaycanlı da Qərbi Azərbaycana qayıtmalıdır”, - deputat vurğulayıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • RAHİM
    MƏN İNANMIRAMKİ MM- də , HÖKUMƏTDƏ VƏ ALİ MƏKTƏBLƏRDƏ YÜKSƏK VƏZİFƏLƏR TUTAN MƏMURLAR VƏ ONLARIN AİLƏLƏRİ QƏRBİ AZƏRBAYCANA QAYITSINLAR.
    1 year ago