“Qarabağda bayrağın əbədi dalğalanmasını arzu edirik” - Türkiyə səfirliyi

“Qarabağda bayrağın əbədi dalğalanmasını arzu edirik” - Türkiyə səfirliyi

Digər Veb saytların hazırlanması

27 Sentyabr 2022 11:42 842


Türkiyənin Azərbaycandakı səfirliyi 27 Sentyabr – Anım Günü ilə bağlı paylaşım edib.

Yenisabah.az səfirliyin tviter səhifəsindəki paylaşımın mətnini təqdim edir:

“Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda Vətən müharibəsində qəhrəmancasına döyüşərək şəhid olan azərbaycanlı qardaşlarımızın xatirəsini anır, Anım günü münasibəti ilə Qarabağda bayrağın əbədi dalğalanmasını arzu edirik. Qarabağ Azərbaycandır!”.

Qeyd edək ki, bu gün Vətən Müharibəsi şəhidlərinin Anım Günüdür.

Prezident İlham Əliyevin 2 dekabr 2020-ci il Sərəncamına əsasən, Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq hər il sentyabrın 27-i Azərbaycanda Anım Günü kimi qeyd olunur. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!