Bu gün Dağlıq Qarabağda erməni hərbçilər arasında insident yaşanıb.
“Yeni Sabah” aysor.am-a istinadən xəbər verir ki, səhər saatlarında qeydə alınan hadisə zamanı iki hərbçi güllələnib.
Qondarma rejimin Müdafiə Nazirliyindən bildirilib ki, hadisə naməlum şəraitdə baş verib və güllə yarası alan hərbçilər 2001-ci il təvəllüdlü Qenri-Ayk Simonoviç Zakaryan və 2000-ci il təvəllüdlü Armen Conikoviç Mesropyandır.
Yaralılardan Qenri-Ayk Simonoviç Zakaryanın vəziyyəti ağırdır.
Telegram kanalımız