Qarabağdakı erməni sakinlərin ehtiyaclarının qarşılanması üçün kompleks tədbirlər davam etdiriləcək

Qarabağdakı erməni sakinlərin ehtiyaclarının qarşılanması üçün kompleks tədbirlər davam etdiriləcək

Siyasət Veb saytların hazırlanması

27 Sentyabr 2023 23:15 213


Azərbaycan Qarabağ bölgəsində yaşayan erməni sakinlərin ehtiyaclarının qarşılanması üçün kompleks tədbirləri davam etdirəcək.

Yenisabah.az xəbər verir ki, bu barədə xarici işlər naziri Ceyhun Bayramov rusiyalı həmkarı Sergey lavrovla telefon danışığı zamanı bildirib.

Ceyhun Bayramov Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlərin reinteqrasiyasiyası üzrə dialoqa sadiqliyini diqqətə çatdırıb.

Azərbaycan ərazilərində qondarma rejimin buraxılması və erməni silahlı qüvvələrinin tərksilahı, habelə Azərbaycan ərazilərindən çıxarılması işinin həyata keçirildiyi, bununla yanaşı, Azərbaycanın Ermənistanla sülh prosesinin irəliləməsində maraqlı olduğu vurğulanıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!