Qarabağdan 5 erməni Ermənistana aparıldı

saytların hazırlanması

Evə çatdırılma

Qarabağdan 5 erməni Ermənistana aparıldı

Rəsmi

26 Fevral 2023 16:59 1060


Beynəlxalq Qırmızı Xaç Komitəsi (BQXK) Laçın yolu ilə daha 5 xəstəni Qarabağdan Ermənistana aparıb.

Yenisabah.az "Sputnik Ermənistan"a istinadən xəbər verir ki, bu barədə Ermənistandakı Qırmızı Xaç Cəmiyyətinin kommunikasiya proqramlarının rəhbəri Zara Amatuni açıqlama verib. 

Qarabağ ermənilərinin 12 dekabrdan bəri guya “blokadada olduğunu” iddia edən erməni tərəf etiraf edir ki, ümumilikdə indiyədək tibbi yardıma ehtiyacı olan 129 nəfər Ermənistan xəstəxanalarına çatdırılıb. Bununla da, ermənilər özləri etiraf edirlər ki, hər hansı blokada mövcud deyil.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!