Qarabağdan qaçan erməni terrorçuları:   Onlar “Laçın”dan necə keçib?

saytların hazırlanması

Evə çatdırılma

Qarabağdan qaçan erməni terrorçuları: Onlar “Laçın”dan necə keçib?

Siyasət

20 Oktyabr 2023 13:07 4228


“Azərbaycanın cinayətkar ermənilər barəsində hazırladığı siyahı sosial şəbəkələrdə və mətbuatda danışılır, rəsmi mənbələr onu təsdiqləməyib”.

Bu sözləri Yenisabah.az-a açıqlamasında siyasi şərhçi Elçin Mirzəbəyli deyib.

O, 1990-cı illərdə mülki əhaliyə qarşı soyqırımı törədən erməni separatçılarının iddia olunan siyahısı mövzusunda danışıb.

E. Mirzəbəylinin sözlərinə görə, bu gün barələrində cinayət işləri açılan şəxslər var ki, onların bir hissəsi işğal dövründə belə Qarabağda yaşamayıb və çox güman ki, Ermənistana, yaxud üçüncü ölkəyə çıxıb gediblər:

“Başda Serj Sarkisyan və Robert Koçaryan olmaqla, digərləri faktiki olaraq bu gün Ermənistanda yaşayırlar və həmin şəxslər Azərbaycan ərazisində törədilən cinayətlərə rəhbərlik ediblər”.

Siyasi şərhçi əlavə edib ki, 44 günlük müharibədən sonra Azərbaycan ərazilərini tərk edən şəxslər də bu siyahıda ola bilər:

“Bu ilin aprel ayına qədər Azərbaycan “Laçın” nəzarət-buraxılış məntəqəsini yaratmamışdı. Lakin onun yaradılmasından sonra Azərbaycan ərazisini az sayda insan tərk edib. Çox güman ki, cinayətkarlar daha əvvəl ərazimizdən çıxıblar.

Bu adamların məsuliyyətinə cəlb olunmasının hüquqi müstəvidə bir neçə yolu var.

Əgər onlar Beynəlxalq Cinayət Məhkəməsinə veriləcəksə, eləcə də o şəxslər haqqında hərbi tribunalın çağırılmasına nail olunacaqsa, o zaman cinayətlərin hansı dövrdə törədilməsindən asılı olmayaraq, məsuliyyətə cəlb olunacaqlar. Qərarların yerinə yetirilməsi məcburi xarakter daşıdığı üçün Ermənistan həmin şəxsləri Azərbaycana verməlidir, yaxud bu şəxslər başqa ölkələrdə yaşayırsa, həmin ölkələr onları Azərbaycana təqdim etməlidir.

Digər məsələ Azərbaycanla Ermənistan arasında sülh sazişindən sonra hüquqi müqavilələr bağlanmasıdır. Bu halda Azərbaycanın cinayət məsuliyyətinə cəlb etdiyi, yaxud barəsində beynəlxalq axtarış verdiyi şəxslər həbs olunaraq Azərbaycana ekstradisiya olunmalıdır. Hətta Rusiya, Belarus və Azərbaycanla müvafiq qaydada hüquqi müqaviləsi olan digər ölkələr bu adamları Azərbaycana təqdim etməlidir. Amma indiki şəraitdə bu məsələ bir az mürəkkəbdir. Yəqin ki bu müəyyən zaman aparacaq”.

Rafi MÜSLÜMOV


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!