“Qarabağ”ın hansı futbolçuları “Qalatasaray”a qarşı oynamayacaq? - Siyahı

saytların hazırlanması

Evə çatdırılma

“Qarabağ”ın hansı futbolçuları “Qalatasaray”a qarşı oynamayacaq? - Siyahı

İdman

17 Mart 2023 23:39 1081


“Qarabağ”ın on futbolçusunun “Qalatasaray”a qarşı keçiriləcək xeyriyyə oyununu buraxacağı dəqiqləşib.

Yenisabah.az xəbər verir ki, bunlar Luka Quqeşaşvili, Marko Veşoviç, Marko Yankoviç, Bəhlul Mustafazadə, Toral Bayramov, Elvin Cəfərquliyev, Riçard Almeyda, Filip Ozobiç, Ramil Şeydayev və Musa Qurbanlıdır.

Luka Gürcüstan millisinə, Marko Veşoviç və Marko Yankoviç Monteneqro yığmasına Avro-2024-ün seçmə mərhələ matçları üçün dəvət alıblar. Digər oyunçular isə Azərbaycan millisinə çağırılıblar.

Qeyd edək ki, martın 26-sı Bakı Olimpiya Stadionunda keçiriləcək “Qarabağ” - “Qalatasaray” oyunu saat 20:00-da başlayacaq. Görüşün bilet satışından əldə olunan gəlir Türkiyədə baş verən güclü zəlzələdən zərər çəkənlərə göndəriləcək.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!