UEFA Avropa Liqasının 2-ci təsnifat mərhələsində keçiriləcək “Qarabağ” - “ÇSKA Sofiya” (Bolqarıstan) qarşılaşmasının biletləri sabahdan satışda olacaq.
"Yeni Sabah" xəbər verir ki, bu barədə "Qarabağ"ın mətbuat xidməti məlumat yayıb.
Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək qarşılaşmanın standart biletlərinin qiyməti 5, 10, 15 və 20 manat təşkil edəcək. VİP sektorlar üzrə biletlər 50, 75 və 100, VVİP sektorlar üçün isə 150 manata satışa çıxarılacaq. pizza sifarişi
Biletləri yalnız iTicket.az-ın rəsmi saytı və mobil tətbiqi vasitəsilə əldə etmək mümkündür. Onlayn alış zamanı problem yaranacağı təqdirdə isə azarkeşlər iTicket.az-ın satış məntəqələrinə, Park Bulvardakı “Qarabağ” FK Fan Şopuna və Tofiq Bəhramov adına Respublika stadionunun kassalarına müraciət edə bilərlər.
Qeyd edək ki, “Qarabağ” - “ÇSKA Sofiya” görüşü iyulun 23-də saat 20:00-da başlayacaq.
Telegram kanalımız