“Qaraca qız” filmindən ŞİKAYƏT: “Hər yerdə demişəm, deyəcəyəm də...” - VİDEO

saytların hazırlanması

Evə çatdırılma

“Qaraca qız” filmindən ŞİKAYƏT: “Hər yerdə demişəm, deyəcəyəm də...” - VİDEO

Şou

30 Yanvar 2023 13:26 1040


“Mən sizin heç kinonuzda da çəkilmək istəmirəm”.

Yenisabah.az “ATV Səhər”ə istinadən xəbər verir ki, bunu “Qaraca qız” filminin “Xədicə”si aktrisa Leyla Axundova deyib.

O, filmi bu günədək axıra qədər izləmədiyini bildirib. Filmə çəkildiyi vaxt 7 yaşı olan aktrisa, filmə baxanda uşaqlıq illərini xatırlayıb təsirləndiyini bildirib. Toyuqlu pizza

İlanla bağlı səhnələrin çəklişləri zamanı hədsiz qorxu keçirdiyini qeyd edən aktrisa hətta qızdırmasının belə qalxdığını deyib.

Filmdə yer alan bir səhnədə ağlaması üçün Qaraca qız rolunun ifaçısı Sevil Zeynalovanın öldüyü ilə bağlı ona deyilən yalandan sonra “Mən sizin heç kinonuzda da çəkilmək istəmirəm” deyib günlərlə heç kimlə danışmadığını və heç bir səhnəyə çəkilmədiyini bildirib.

Kinoya çox pul xərçləndiyini deyən Leyla Axundova filmlə bağlı onu narahat edən səbəblərdən də danışıb:

“Hər yerdə demişəm, deyəcəyəm də” filmə çox pul xərclənmişdi. Diplom işi idi. Hətta filmdəki ayı belə Moskvadan xüsusi gətirilmişdi”.

L. Axundova filmin 1 saat 20 dəqiqəlik filmin 45 dəqiqəyə endirilməsinin doğru olmadığını deyib.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!