Qaradağda torpaq altından çıxarılan şəxsin   DURUMU AĞIRDIR

saytların hazırlanması

Evə çatdırılma

Qaradağda torpaq altından çıxarılan şəxsin DURUMU AĞIRDIR

Sağlamlıq

24 Aprel 2026 11:33 229


Bakının Qaradağ rayonu, Qobustan qəsəbəsində kanalizasiya xəttində aparılan işlər zamanı uçan torpağın altında qalan şəxsin son durumu açıqlanıb.

“Yeni Sabah”ın sorğusuna cavab olaraq, TƏBİB-dən bildirilib ki, aprelin 23-də saat 18:00 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Qaradağ rayonu, Qobustan qəsəbəsi ərazisində torpaq uçqunu barədə çağırış daxil olub.

Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub. 

Təcili tibbi yardım briqadası tərəfindən 1976-cı il təvəllüdlü şəxs (kişi) Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub.

Yaralıya müştərək travma diaqnozu təyin olunub və zəruri tibbi yardım göstərilib.

Müalicəsi Təcili tibbi yardım şöbəsində davam etdirilən pasiyentin vəziyyəti orta ağır qiymətləndirilir.

Hadisə nəticəsində 1971-ci il təvəllüdlü şəxsin (kişi) həkiməqədər ölüm faktı qeydə alınıb.

Qeyd edək ki, ötən gün Qaradağ rayonu, Qobustan qəsəbəsində aparılan qazıntı işləri faciə ilə nəticələnib. Əraziyə cəlb olunan işçilər kanalizasiya xətti üçün torpaq qazıntısı həyata keçirərkən qəfil torpaq sürüşməsi baş verib. Nəticədə qazılan sahədə çökmə yaranıb və iki nəfər torpaq altında qalıb. Onlardan biri - Dövlət Su Ehtiyatları Agentliyinin Qaradağ Rayon Sukanal idarəsinin əməkdaşı Savalan Qasımov ölüb. O, Qubustan qəsəbə sakinidir.

Aytac Əliyeva


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!