Qardaşı qızını zorlayan əmi həbs edildi

saytların hazırlanması

Evə çatdırılma

Qardaşı qızını zorlayan əmi həbs edildi

Kriminal

21 Dekabr 2021 16:39 1821


Yevlaxda 13 yaşlı qardaşı qızını qaçıran şəxs həbs edilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan Yenisabah.az-a bildirilib ki, dekabrın 13-də Yevlax rayonunda 2008-ci il təvəllüdlü N. M-nı qaçıran əmisi Elçin Mustafayev Yevlax rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı Yevlax RPŞ-də Cinayət Məcəlləsinin 150.3.3 (On dörd yaşına çatmayan şəxsə qarşı seksual xarakterli hərəkətlər etmə) və 152.2-ci (On dörd yaşına çatmayan şəxslə cinsi əlaqədə olma) maddələri ilə cinayət işi başlanılıb, istintaq davam etdirilir. Məhkəmənin qərarı ilə E. Mustafayev barəsində həbs-qətimkan tədbiri seçilib və o istintaqa təhvil verilib. Sezar pizza

Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində azyaşlının doğma əmisi tərəfindən qaçırılaraq Bakı şəhərinə gətirildiyi müəyyən edilib. Hər iki şəxsin yeri müəyyən edilib və onlar saxlanılaraq Yevlax rayon Polis Şöbəsinə təhvil verilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!