Qarət elədiyi şəxsə 10 manat qaytardı

saytların hazırlanması

Evə çatdırılma

Qarət elədiyi şəxsə 10 manat qaytardı

Kriminal

29 Yanvar 2019 21:30 1255


Yanvarın 25-də paytaxt sakini Fərid Həsənov Nərimanov Rayon Polis İdarəsi 18-ci Polis Şöbəsinə müraciət edərək bildirib ki, rayon ərazisində yerləşən internet klublarından birindən çıxan zaman tanımadığı şəxs ona yaxınlaşaraq 187 manat pulunu soyğunçuluq yolu ilə əlindən alıb.

Şöbə əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş Nərimanov rayon sakini Ceyhun Sultanov saxlanılıb.

DİN-dən “Yeni Sabah”a verilən məlumata görə, araşdırma zamanı müəyyən edilib ki, saxlanılan şəxs əvvəlcə internet klubda zərərçəkənin pulunu ələ keçirmək istəyib.Amma orada istəyinə nail ola bilməyən C.Sultanov F.Həsənovun klubdan çıxması gözləyib və ona yaxınlaşıb.  Marqarita pizza

Qeyd edək ki, saxlanılan şəxs zərərçəkənin pul kisəsində olan 197 manatı götürəndən sonra 10 manatı yol pulu etməsi üçün F.Həsənovun özünə geri qaytarıb. Qeyd edilən faktla bağlı 18-ci Polis Şöbəsində saxlanılan şəxs barəsində toplanan materiallar araşdırılması üçün Nərimanov RPİ-nin İstintaq Şöbəsinə göndərilib Soyğunçuluq etməkdə şübhəli bilinən bu şəxsin əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə Daxili işlər Nazirliyinin “102” Zəng Mərkəzinə, Nərimanov RPİ və ya 18-ci PŞ-nə müraciət edə bilərlər.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!