Qaribaşvili məhkəmə hakimlərini dəstəklədi

saytların hazırlanması

Evə çatdırılma

Qaribaşvili məhkəmə hakimlərini dəstəklədi

Dünya

11 Aprel 2023 13:42 610


Baş naziri İrakli Qaribaşvili Gürcüstanın 4 hazırkı və keçmiş hakiminə qarşı sanksiya tətbiq etməsinə ilk dəfə münasibət bildirib.

Yenisabah.az “Sputnik Georgia”ya istinadla xəbər verir ki, o, hakimləri tam dəstəkləyib.

Qaribaşvili məhkəmə sisteminin işinə qarışmamaq barədə xəbərdarlıq edib: pizza sifarişi

“ABŞ Dövlət Departamentinin qərarı ilə bağlı heç bir sübut görmədik. Bu qərar məni çaşdırır. Ağrılı və anlaşılmazdır. Düşünürəm ki, həqiqət üzə çıxacaq, tərəfdaşlarımızla danışacağıq və heç bir sual cavabsız qalmayacaq”.

Qaribaşvili deyib ki, hökumət hakimləri təzyiqlərdən qorumaq üçün əlindən gələni edəcək.

Xatırladaq ki, ötən həftə ABŞ Dövlət Departamenti 4 gürcü hakimə “irimiqyaslı korrupsiyada əli olduğuna görə” viza məhdudiyyətləri tətbiq edilib və bu, onların ailə üzvlərinə də şamil olunub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!