Qarlı havada 75 nəfər müxtəlif xəsarətlər aldı

saytların hazırlanması

Evə çatdırılma

Qarlı havada 75 nəfər müxtəlif xəsarətlər aldı

Sosial

15 Yanvar 2024 11:40 384


Yanvarın 14-də Səhiyyə Nazirliyi Elmi Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna 137 nəfər müraciət edib.

Yenisabah.az Report-a istinadla xəbər verir ki, onlardan 75 nəfəri hava şəraiti ilə əlaqədar olaraq müxtəlif sınıq və əzilmə xəsarətləri olan vətəndaşlardır.

Xəsarət alanlardan 4-ü travma şöbəsinə, 4-ü isə stasionara yerləşdirilib: Vəziyyətləri həkimlər tərəfindən yaxşı qiymətləndirilir. Digərlərinə tibbi yardım göstərildikdən sonra ambulator müalicəyə buraxılıblar. Marqarita pizza

Əvvəlki günlərlə müqayisədə ciddi fərq olmayıb. Digər günlərdə 140, 127, 114 nəfər müxtəlif travmalarla İnstitutun təcili tibbi yardım şöbəsinə müraciət ediblər.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!