Qasparyan baş qərargah rəisi vəzifəsini icra edirmi?

saytların hazırlanması

Evə çatdırılma

Qasparyan baş qərargah rəisi vəzifəsini icra edirmi?

Dünya

03 Mart 2021 13:06 712


Ermənistan silahlı qüvvələrinin baş qərargah rəisi Onik Qasparyan vəzifə səlahiyyətlərinin icrasını davam etdirir.

Yenisabah.az xəbər verir ki, bu barədə Ermənistan Silahlı Qüvvələri Baş Qərargahının yaydığı açıqlamada bildirilib.

Qərargahın açıqlamasında qeyd edilib ki, Onik Qasparyan 8 günlük müddət başa çatanadək xidməti vəzifəsinin icrasını davam etdirəcək. (Report) Marqarita pizza

Qeyd edək ki, fevralın 25-də Ermənistanın baş naziri Nikol Paşinyan onun işdən azad olunması ilə bağlı ölkə prezidenti Armen Sarkisyan təqdimat göndərib. Ancaq Armen Sarkisyan baş nazirin təqdimatını imzalamayıb. Ermənistan konstitusiyasına əsasən, silahlı qüvvələrin rəhbərliyini baş nazir vəzifədən azad edə bilməz. Konstitusiya Məhkəməsi prezidentin müraciətinə əsasən, 5 gün müddətinə qərar qəbul etməlidir. Məsələ 8 gün ərzində öz həllini tapmazsa, baş nazirin təqdimatı qüvvəyə minəcək. Martın 4-də 8 gün tamam olacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!