Qax sakininin maraqlı kolleksiyası: 26 ilə on min qəzet... - Video
01 İyn 2020 21:55
207

Qax sakininin maraqlı kolleksiyası: 26 ilə on min qəzet... - Video

Qəzet aşiqi olan Qax sakini maraqlı kolleksiya yığıb.

Yenisabah.az Baku.tv-yə istinadən xəbər verir ki, Faiq Kərimov oxuduğu qəzetləri 24 yaşından toplamağa başlayıb.

F.Kərimov serialları televizor vasitəsilə deyil, qəzetlərlə izləyib.

1994-2004-cü illər arasında onlarla serialı oxuyub və həmin qəzetləri hələ də qoruyub saxlayıb. F.Kərimov 26 ilə on min qəzet toplayıb.

Qəhrəmanımız gənc nəslin kitab, jurnal, qəzet oxumağa marağı olmamasından şikayətçidir.

Oxşar xəbərlər