Qaxda bələdiyyə sədri barəsində protokol tərtib olundu

saytların hazırlanması

Evə çatdırılma

Qaxda bələdiyyə sədri barəsində protokol tərtib olundu

Sosial

17 İyul 2023 19:07 593


Qaxın Zəyəm kəndində  sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi faktları aşkar olunub.

Yenisabah.az DİN-ə istinadla xəbər verir ki, İnzibati Xətalar Məcəlləsinin 271-ci (sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi) maddəsinin tələblərini pozduğuna görə həmin kəndin bələdiyyə sədri barəsində inzibati tənbeh tədbiri tətbiq olunub.

Məişət tullantılarını urnalardan kənara atan şəxslər də müəyyən edilib, onlarla profilaktiki söhbət aparılıb və barələrində İnzibati Xətalar Məcəlləsinin 266.3-cü (Məişət tullantılarının tutumlardan kənar yerlərə atılmasına görə) maddəsi ilə protokol tərtib olunub.  pizza mizza

 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!