Qayınana böyrəyini kürəkəninə verdi - Video

Qayınana böyrəyini kürəkəninə verdi
Sent 12, 2019 00:11
Oxunma sayı: 126

Türkiyənin İzmir şəhərində maraqlı olay yaşanıb. 

"Yeni Sabah" "DHA"ya istinadən xəbər verir ki, 50 yaşlı Namiq Ünlü adlı şəxs böyrək çatışmazlığından əziyyət çəkirdi. Uzun illər müalicə alan Ünlünün vəziyyəti son zamanlarda daha da kritik hal almışdı. Buna görə də həkimlər, böyrək transplantasiyasını məsləhət görüblər.

Ünlü, yerli mətbuata açıqlamasında bildirib ki, ondakı böyrək çatışmazlığı genetikdir. Bu səbəblə, ailədə heç kim böyrəyini verə bilməyib. Lakin 66 yaşlı qaynanası Hanifə Yavuz kürəkəninə böyrəyini verməyə razı olub. Hanifə Yavuz açıqlamasında bildirib ki, Namiqi öz oğlu kimi sevir: “O mənim oğlumdur. Mənim övladlarım xoşbəxtdirsə, mən də xoşbəxtəm”.

Qeyd edək ki, hazırda hər iki şəxsin sağlamlıqlarında heç bir problem yoxdur.

Yenisabah.az