Qaz sayğacları ilə bağlı əhaliyə vacib xəbər 

saytların hazırlanması

Evə çatdırılma

Qaz sayğacları ilə bağlı əhaliyə vacib xəbər 

Sosial

10 Mart 2022 07:55 939


Qaz sayğaclarının oxunması ilə bağlı yenilik tətbiq ediləcək. Bu istiqamətdə işlər tamamlanmaq üzrədir. Yeni proqram vasitəsilə sayğacların oxunmasında yaşanan çətinliklər aradan qaldırılacaq. Bu avtomatlaşdırılmış qaz informasiya sistemi ilə mümkün olacaq. Azəriqaz istehsalat birliyi yeniliklə bağlı bəzi detalları açıqlayıb. 

Qaz sayğaclarının oxunması asanlaşacaq. Bu məqsədlə süni intellektdən istifadə ediləcək. Azəriqaz istehsalat birliyinin mətbuat katibi Eldəniz Vəliyev bildirib ki, bununla bağlı işlər yekunlaşmaq üzrədir. Onun sözlərinə görə yeni proqram sınaqdan uğurla keçib.

Qurum rəsmisi qeyd edib ki, yenilik abonentlərin qaz sərfiyyatı ilə bağlı göstəricilərinin oxunmasında yaşanan çətinlikləri aradan qaldıracaq. Eldəniz Vəliyev bildirib ki, sayğacla bağlı bütün məlumatlar sistemdə öz əksini tapacaq. Sezar pizza

Eldəniz Vəliyev əlavə edib ki, yeni sistem yaxın vaxtlarda tətbiq ediləcək. /Xezerxeber.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!