Qazaxda yanacaqdoldurma məntəqəsinin yaxınlığından minaatan mərmisi tapıldı - Fotolar
08 Avq 2020 22:58
281

Qazaxda yanacaqdoldurma məntəqəsinin yaxınlığından minaatan mərmisi tapıldı - Fotolar

Avqustun 8-də, saat 11:26-da Daxili İşlər Nazirliyinin ″102″ Xidməti – Zəng mərkəzi sistemindən Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyinə Qazax rayonu, Xanlıqlar kəndi ərazisində yerləşən “Avey Oil” yanacaq doldurma məntəqəsinin yaxınlığında mərminin tapılması barədə məlumat daxil olub.

Yenisabah.az xəbər verir ki, Agentliyin xüsusi mobil çevik əməliyyat və partladıcı axtaran xüsusi təlim keçmiş itlərdən ibarət kinoloji qrupları, Daxili İşlər Nazirliyinin Qazax rayon Polis Şöbəsinin, Dövlət Sərhəd Xidmətinin və Səhiyyə Nazirliyi Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının Qazax Regional Məntəqəsinin (113 xidməti) əməkdaşları dərhal həmin əraziyə göndərilib.

Agentliyin mütəxəssisləri və Qazax rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən birlikdə yuxarıda adı qeyd olunmuş əraziyə baxış keçirilib. Təhlükəsizliyi təmin etmək məqsədilə ərazi polislər tərəfindən mühasirəyə alınıb. Agentliyin mütəxəssisləri tərəfindən aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində iki ədəd 120 mm-lik minaatan mərmisi (S-843) aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb. 

Minaatan mərminin ətrafında 60 kv.m əraziyə yerüstü, 4 kv.m əraziyə isə yeraltı baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər