Burada reklam sizin uğurunuzdur.

tel/whatsapp: 070 855 41 11

Burada reklam sizin uğurunuzdur.

tel/whatsapp: 070 855 41 11

Qazaxın işğaldakı 7 kəndindən nə xəbər var? - “Rus hərbiçilərinin əraziyə yerləşdirilməsi...“
20 Okt 2021 12:35
1536

Qazaxın işğaldakı 7 kəndindən nə xəbər var? - “Rus hərbiçilərinin əraziyə yerləşdirilməsi...“

Bir müddət əvvəl Qazaxın işğal altında olan 7 kəndinin Azərbaycana qaytarılması gündəmdə idi. Rəsmi İrəvan bunu ciddi cəhdlə təkzib etsə də, azərbaycanlı politoloq və siyasi ekspertlər problemin tezliklə həllinin tapacağını vurğulayırlar. Qeyd edək ki, son günlər bu məsələ gündəmdən çıxıb. Ermənistan Qazaxın 7 kəndini qaytarmaqdan imtina edir, yoxsa Azərbaycan bu tələbindən vaz keçib?

Yenisabah.az-a açıqlama verən Bakı Politoloqlar Klubunun rəhbəri Zaur Məmmədov qeyd edib ki, Azərbaycan müharibədən əvvəl də bildirirdi ki, öz ərazisinin hər qarışı uğrunda mübarizə aparacaq:

“İndi Qazaxın 7 kəndi, Naxçıvanın Kərki kəndi və rus sülhməramlılarının nəzarətində olan Qarabağın dağlıq əraziləriylə bağlı müəyyən mənada diskussiyalar davam etməkdədir. Ancaq bəlli məsələdir ki, ən vacib nüanslar, məhz bağlı qapılar arxasında öz həllini tapır. Azərbaycan və Ermənistan arasında hazırda bağlı qapılar arxasında tet-a-tet görüşlərin olmaması bəllidir, lakin yaxın vaxtlarda Azərbaycan və Ermənistan XİN rəhbərləri, eyni zamanda, liderlər arasında görüşün olacağı proqnozu var. Bu görüşlər zamanı təbii ki, ən vacib məsələlər müzakirə predmeti olacaq”.

Siyasi analitik bildirib ki, Azərbaycan dövləti regionda çox vacib çağırışlarla çıxış edir:

“Ermənistan, ümumiyyətlə, tənəzzülə uğramış və Cənubi Qafqazdakı proseslərdən kənarlaşdırılmış bir subyekt rolunu oynayır. Amma Azərbaycana gəldikdə isə, regional layihələrin həyata keçirilməsi və qonşu dövlətlərlə münasibətlərdə yeni geosiyasi və geoiqtisadi təkliflər verən tərəfdir. Bu təklifləri dəyərləndirənlər də olub, yuxarıdan aşağı baxan və qəbul etmək istəməyən bəzi qonşu dövlətlər və müəyyən qruplar da. Ona görə düşünürəm ki, indiki halda istər Qazaxın 7 kəndi, istərsə də Sədərək rayonunun Kərki kəndi Azərbaycan və Ermənistan arasında demarkasiya və delimitasiya prosesi ilə eyni anda davam edir. Demarkasiya və delimitasiya olmadan bu məsələləri mərhələli şəkildə həll etmək düşünmürəm ki, mümkündür”.

Zaur Məmmədov hesab edir ki, hazırda Azərbaycan və Ermənistan arasında müxtəlif məsələlər, həmçinin sərhədyanı ərazilərdəki problemlər də öz həllini tapmalıdır:

“Bu məsələdə daha çox uğurlu işlər Azərbaycanın cənub-qərb (Zəngilan və Qubadlı istiqaməti – red.) və Ermənistanın cənub-şərq istiqamətindəki hissəsində gedib. İndi isə növbə Kəlbəcər, Laçın və Qazax, Tovuz və Naxçıvan istiqamətindəki müəyyən məsələlərin öz həllini tapmasındadır.

Politoloqun sözlərinə görə, Ermənistandakı daxili proseslər onu deməyə əsas verir ki, bu məsələlər nə qədər qapalı olsa, bir o qədər uğurlu həll oluna bilər:

“Qazaxın 7 kəndi və Naxçıvanın Kərki kəndini qaytarılacaq. Burada xüsusi nüanslardan biri ora gediş-gəlişin hansı istiqamətdə olacağı və bölgədəki təhlükəsizlik məsələlərinin necə tənzimlənəcəyidir? Hesab edirəm ki, bütün bunlar müzakirə predmetidir”.

Siyasi ekspert, həmçinin erməni mətbuatında Qazax istiqamətində rus hərbçilərinin yerləşdirilməsi məsələsinə toxunub:

“Rusların həmin bölgələrə gedən dəhlizlərdə yerləşməsi ilə yanaşı, ermənilərin Gədəbəy istiqamətində yerləşən Başkəndə iddialar irəli sürməsi ona dəlalət edir ki, bu istiqamətdə çox ciddi və dərin təhlillər lazımdır. Ən optimal variant rus hərbçilərin həmin dəhlizlərə nəzarəti ilə bağlıdır ki, bunun həm müsbət, həm də mənfi cəhətləri var”.

O, qeyd edib ki, bu prosesləri tənzimləyən tərəf Rusiyadır:

“Qazax istiqamətində rus hərbçilərinin erməni postlarına yerləşdirilməsi bağlı müəyyən iddialar da olub. Bütün bunlar kommunikasiya xəttlərinin açılması və sərhədlərin demarkasiyası və delimitasiya ilə paket şəklində həllini tapmalıdır. Həmçinin, Qazax istiqamətində tezliklə rus hərbçilərinin orada yerləşməsi, dəhlizlərə nəzarət və s. bu səpkidə olan addımların atılmasının şahidi ola bilərik. Bütün bunlar Azərbaycan və Rusiya arasındakı münasibətlərin sabahki durumundan, Ermənistanla Azərbaycan arasındakı dialoqun hansı nəticələr verəcəyindən asılıdır”.

Rəfi Müslümov

Qazaxın işğaldakı 7 kəndindən nə xəbər var? - “Rus hərbiçilərinin əraziyə yerləşdirilməsi...“
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər