Qazaxıstanda mədən qəzası - Ölənlərin sayı 35 nəfərə çatdı 

saytların hazırlanması

Evə çatdırılma

Qazaxıstanda mədən qəzası - Ölənlərin sayı 35 nəfərə çatdı 

Dünya

29 Oktyabr 2023 09:13 602


Qazaxıstanın Karaqanda vilayətində yerləşən Kostenko adına mədəndə baş vermiş partlayış və yanğın nəticəsində həlak olanların sayı 35 nəfərə çatıb. 

Yenisabah.az xəbər verir ki, bu barədə Qazaxıstan Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. 

“Hazırda 35 nəfərin meyiti tapılıb, onlardan 29-u səthə çıxarılıb, 11 şaxtaçının aktiv axtarışları davam edir”, - məlumatda deyilir.  Pepperoni pizza

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev faciə nəticəsində həlak olan şaxtaçıların ailələri və yaxınları ilə görüşüb, başsağlığı verib. Faciə ilə əlaqədar oktyabrın 29-u Qazaxıstanda milli matəm günü elan olunub. 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevə, Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov isə Qazaxıstanın Baş naziri Alixan Smailova başsağlığı məktubu göndərib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!