Qazaxıstanda Nazarbayevin qardaşı oğlu saxlanıldı

saytların hazırlanması

Evə çatdırılma

Qazaxıstanda Nazarbayevin qardaşı oğlu saxlanıldı

Dünya

13 Mart 2022 19:12 535


Qazaxıstanın birinci prezidenti Nursultan Nazarbayevin qardaşı oğlu Kayrat Satıbaldıulı Korrupsiyaya Qarşı Mübarizə Xidmətinin əməkdaşları tərəfindən mənimsəmədə şübhəli bilinərək saxlayıb.

Yenisabah.az xəbər verir ki, bu barədə xidmətin mətbuat idarəsi məlumat yayıb.

Məlumata görə, Korrupsiyaya Qarşı Mübarizə Xidməti vəzifə səlahiyyətlərindən sui-istifadə və "Kazaktelekom" SC-nin xüsusilə külli miqdarda vəsaitlərinin mənimsənilməsi faktları üzrə cinayət işini araşdırır. Bu cinayətləri törətməkdə şübhəli bilinən Kayrat Satıbaldıulı saxlanılaraq müvəqqəti saxlama təcridxanasına yerləşdirilib. Marqarita pizza

“Onun dövlətin təhlükəsizliyinə xələl gətirən digər cinayətlərdə əlinin olub-olmadığı yoxlanılır. İstintaq davam edir. İstintaqın maraqlarına cavab verən digər məlumatlar açıqlana bilməz”, - mətbuat xidmətindən bildiriblər.

Kayrat Satıbaldıulı 1970-ci ildə anadan olub. Bu illər ərzində o, Milli Təhlükəsizlik Komitəsində, hakim Nur Otan partiyasında (indiki Əmanət partiyası) müxtəlif vəzifələrdə çalışıb, bizneslə məşğul olub./Report


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!