Qazaxıstanın bu klubunda hamı koronavirusa yoluxub
29 İyn 2020 13:45
226

Qazaxıstanın bu klubunda hamı koronavirusa yoluxub

Qazaxıstanın "Kaysar" klubunda 25 nəfər koronavirusa yoluxub.

Yenisabah.az xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Stoyço Mladenov mətbuata açıqlama verib. Baş məşqçi deyib ki, virusa yoluxanlardan 10-u futbolçudur. Xəsətəlik üzündən komanda məşqləri qeyri-müəyyən müddətə təxirə salıb.

Xatırladaq ki, Qazaxıstanda çempionatın iyulun 1-də bərpa olunmasıyla bağlı qərar qəbul edilib.

"Kaysar"ın ilk oyunu "Taraz"ladır.

Oxşar xəbərlər