18 Avqust - 04:51
Qazimizə sinir nəql edildi

Qazimizə sinir nəql edildi

Sosial

06 Avqust 2022 14:45 721


Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunda Vətən müharibəsi qazisi Hüseynov İbrahimə sinir nəqli edilib.

Yenisabah.az xəbər verir ki, İnstitutun direktoru Elviz Qasımovun rəhbərliyi ilə əməliyyat travmatoloq-cərrah Tofiq Abdullayev tərəfindən icra edilib.

Qeyd edək ki, Ağdərə istiqamətində gedən döyüş zamanı Hüseynov İbrahim aldığı qəlpə yarası nəticəsində sol topuq nahiyyəsində sinir zədələnməsi baş vermişdi. ETTOİ-nin həkim müayinəsi nəticəsində qaziyə sol tibial sinirin köhnə zədələnməsi, sinir deffekti, nevrinoma diaqnozu qoyulub. Bunun nəticəsində sol ayaqda şiddətli ağrılar, hissiyyatın itməsi və barmaqlarda hərəkətsizlik yaranmışdı.

Sağ ayaqdan alınan sinir götürülərək, sol ayağa transplantasiya edilib. 7 saata yaxın davam edən əməliyyatın ilk nəticəsi barmaqlarda hərəkət funksiyası bərpa olunub. Bundan sonrakı bərpa həkim nəzarətində davam etdiriləcək.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!