“Qəbələ” baş məşqçisini dəyişdi – Kağız üzərində

saytların hazırlanması

Evə çatdırılma

“Qəbələ” baş məşqçisini dəyişdi – Kağız üzərində

İdman

03 Fevral 2019 23:00 920


Topaz Premyer Liqasının XV turunun “Qəbələ” – “Sumqayıt” oyunundan (1:0) sonra matça həsr olunan mətbuat konfransı keçirilib. 

“Yeni Sabah” xəbər verir ki, öncə “qırmızı-qaralar”ın mətbuat xidmətinin rəhbəri Anar Hacıyev media nümayəndələrinə baş məşqçi məsələsi ilə bağlı məlumat verib:

“UEFA-nın lisensiyalaşmasında ən vacib meyarlardan biri baş məşqçinin “Pro” kateqoriyasına malik olmasıdır. “Qəbələ”nin baş məşqçisi vəzifəsini tutan Sənan Qurbanov isə A kateqoriyasına sahibdir. Buna görə də bu məsələnin həll olunması üçün müəyyən addım atmalı idik. Bu da məşqçilər korpusunda yer alan Zaur Həşimovun rolu ilə gerçəkləşəcək. Bildiyiniz kimi Həşimov bir müddət öncə Pro kateqoriyalı lisenziya əldə edib. Sənəd üzərində struktur dəyişikliyi ediləcək. O, sənədləşmədə baş məşqçi kimi göstəriləcək. Lakin iş bölgüsündə dəyişiklik olmayacaq. Sənan Qurbanov komandanın baş məşqçisi, Zaur Həşimov isə məşqçi kimi fəaliyyətini davam etdirəcək”. Marqarita pizza

Həşimov da sənəddəki dəyişikliyə münasibət bildirib: “Qəbələ”yə dəvət olunduğum gündən bu qısa müddətdə komanda üçün əlimdən gələni etməyə çalışmışam. İndi belə vəziyyət yarandı ki, bu baxımdan da köməyim lazımdır. Mən də etiraz etmədim. Mənim üçün də xoşdur ki, komandaya xeyrim dəyir. Amma bütün baş məşqçi səlahiyyətləri yenə Sənan Qurbanovdadır və görüşlə bağlı sualları da ona ünvanlaya bilərsiz”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!