Qəbələyə çəkilən dəmir yolu xətti açılışa hazırdır
26 Fev 2021 12:35
315

Qəbələyə çəkilən dəmir yolu xətti açılışa hazırdır

Ləkidən Qəbələyə çəkilən dəmir yolu xətti artıq hazırdır.

Yenisabah.az xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov deyib.

O qeyd edib ki, işlər artıq yekunlaşıb və dəmir yolu açılışa hazırdır.

Qeyd edək ki, Qəbələyə çəkilən biryollu xətt öz başlanğıcını Bakı - Böyük Kəsik dəmir yolu xəttinin Ləki stansiyasından götürür. Yeni salınmış dəmir yolu xəttinin yan yollarla birlikdə ümumi uzunluğu 44,5 km təşkil edir

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər