Burada reklam sizin uğurunuzdur.

tel/whatsapp: 070 855 41 11

Burada reklam sizin uğurunuzdur.

tel/whatsapp: 070 855 41 11

“Qəfildən zəng gəldi, tüklərim biz-biz oldu“  - Meyxanaçı Ağamirzə
15 İyn 2021 14:59
1940

“Qəfildən zəng gəldi, tüklərim biz-biz oldu“ - Meyxanaçı Ağamirzə

Səudiyyə Ərəbistan höküməti həcc ziyarəti ilə bağlı yeni qaydaları açıqlayıb.

Pandemiya ilə əlaqədar olaraq ziyarətçi sayında müəyyən məhdudiyyətlər tətbiq edilməsi gözlənilir. Həcc və Ümrə Nazirliyinin yeni qaydalarına əsasən son beş ildə Həcc ziyarətində olmayanların göndərilməsinə icazə veriləcək.

Bu isə onunla bağlıdır ki, müqəddəs yerlərə getmək istəyənlərin əksəriyyəti dəfələrlə ziyarətdə olmuş adamlardır. Nəinki Səudiyyə Ərəbistanda, Azərbaycanda da 13-15, hətta 20 dəfə ziyarətdə olmuş adamlar var.

Bəs görəsən bir insanın bu qədər Həccə getməsinə baxmayaraq yenə də başqalarının yerini tutması nə dərəcədə doğrudur?

Məsələ ilə bağlı Yenisabah.az-a danışan meyxanaçı Ağamirzə Məmmədov bunu ilahi eşqlə əlaqələndirib.

Bir dəfə Həcc ziyarətində olmuş söz ustadı bu mözvuda möminləri başa düşdüyünü bildirib:

“Dinimizdə Həccə getmək bir dəfə vacibdir. Lakin bu ziyarət elə ziyarətdir ki, bircə dəfə getsən sonra səni ağlamaq tutur. Məndə də belə oldu, yenidən getmək istəyirəm. Bir dəfə getdinsə, daha da şövq artır. Mən əvvəl deyirdim ki, “alınsa idi gedərdim”. Amma gedib döndükdən sonra insan necə uşaqlığına qayıtmaq istəyirsə, o cür Həcc ziyarətini təkrarlamaq istəyir. Evdə ürəyin partlayır, fikirləşirsən ki, kaş bir dəfə də gedəydim. Bu Allaha, dinə olan eşqdir, içində alovlanır. Amma pandemiyaya görə məhdudiyyət qoyulubsa, nə edə bilərik? Əlimizdən heç nə gəlmir. Bir dəfə ziyarətdə olmuşam, ora üçün ürəyim partlayır. Orada elə bir gün yaşamışam ki, ömrümün sonuna qədər unutmayacağam. Fikirləşirsən ki, kaş Kəbədən qırağa çıxmayaydım, orada heç otelə gedib yatmaq da istəmirsən. Bu, belə istəkdir. Allah hər kəsə qismət eləsin, hər kəs bu ləzzəti dadsın”.

Meyxanaçı bəzən ziyarətə gedənlərin qınanılmasını düzgün hesab etməyib:

“Mən efirlərdə tez-tez ziyarətə gedənlər haqda danışanları görürəm. Bəziləri deyir ki, “Həccə gedənə qədər qonşusunu doyursun”. Bu düzgün fikir deyil, razılaşmıram. Həccə gedən adam bunları zatən fikirləşir. O adam qonşusuna da baxır, kasıblara da əl tutur. 99 faiz zəvvar bunları edib sonra ziyarətə yollanır. Bu tək Həccə gedənlərə aid deyil, bu, insanlıq borcudur. İmkansız adam, yetim gördünsə, ona bacardığın qədər yardım etməlisən. Lakin bəziləri bundan istifadə edirlər. Bilirlər ki, filankəs Həccə gedəcək, gəlib yapışır ki, “Mənə kömək elə”. Belə olanda deyirəm ki, üç telefon gəzdirirsən, amma imkansızlıqdan, yetimlikdən danışırsan”.

Onun fikrincə, müqəddəs ziyarətə yollanmaq hər kəsə nəsib olmur:

“Bu ziyarətə getmək də hər kəsə nəsib olmur. Adam var ki, milyardları var, amma ona Həcc qismət olmayıb. Allah məsləhət bilməsə, heç kəs gedə bilməz. O vaxt mən gedəndə dostlarımız 4-5 ay əvvəldən sənəd yığdılar, mənsə iki gün qalmış gedəcəyimi bildim. Qəfildən zəng gəldi ki, “Həcc ziyarətinə getmək istəyirsənmi?” Tüklərim biz-biz oldu. Mənə Allah qismət elədi, elə insan var ki, on ildir arzulayır, amma gedə bilmir”.

Əsmətxanım 

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər