Qərbi Azərbaycan icmasından erməni kilsəsinə   ÇAĞIRIŞ

saytların hazırlanması

Evə çatdırılma

Qərbi Azərbaycan icmasından erməni kilsəsinə ÇAĞIRIŞ

Siyasət

11 Avqust 2023 21:13 1367


Qərbi Azərbaycan İcması erməni kilsəsini təxribatçı fəaliyyətə son qoymağa çağırıb.

Yenisabah.az xəbər verir ki, bu barədə İcmanın yaydığı bəyanatda qeyd olunub.

Bildirilib ki, Qərbi Azərbaycan İcması erməni katolikoslarının Azərbaycanın Qarabağ bölgəsində özünə “parlament sədri” kimi qondarma ad vermiş şəxsi təbrik edərək təxribatçı fikirlər səsləndirmələrini kəskin şəkildə pisləyir və bunu Azərbaycanın daxili işlərinə kobud müdaxilə kimi qiymətləndirir.

Qərbi Azərbaycan İcması erməni kilsəsini Ermənistanın düşdüyü acınacaqlı vəziyyətin, onun “tam iflasa uğramış dövlət” olmasının əsas günahkarlarından biri hesab edir. 30 il ərzində Azərbaycan ərazilərinin işğalını, etnik təmizləməni alqışlamış erməni kilsəsi bu gün də düşmənçiliyi, nifrəti, revanşizmi təşviq edir.

Qərbi Azərbaycan İcması erməni kilsəsini bu kimi təxribatçı fəaliyyətə son qoymağa, sülhü, barışığı təbliğ etməyə və bu xüsusda Ermənistan hakimiyyətini İcmanın dialoq təklifini cavablandırmağa təşviq etməyə, Ermənistanda Azərbaycan xalqının tarixi və dini irsinin dağıdılması, təhrif olunması siyasətinə qarşı çıxmağa çağırır.

Qərbi Azərbaycan İcması beynəlxalq ictimaiyyəti, beynəlxalq təşkilatları erməni kilsəsinin destruktiv, dini bölücülük salan, Azərbaycanafob əməllərini pisləməyə çağırır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!