“Qərbin Ukraynaya verdiyi bütün “F-16”ları üç həftəyə məhv edəcəyik”

saytların hazırlanması

Evə çatdırılma

“Qərbin Ukraynaya verdiyi bütün “F-16”ları üç həftəyə məhv edəcəyik”

Dünya

02 Noyabr 2023 09:32 678


Rusiyanın müdafiə naziri Sergey Şoyqu bildirib ki, Qərb ölkələrinin Ukraynaya verdiyi bütün Amerika F-16 qırıcılarını məhv etmək üçün ruslara təxminən üç həftə vaxt lazım olacaq. 

Yenisabah.az Rusiya KİV-nə istinadən xəbər verir ki, Şoyqunun sözlərinə görə, o, Rusiya hava hücumundan müdafiə sisteminin işinin təhlili nəticəsində belə bir nəticəyə gəlib. 

Şoyqu bildirib ki, təkcə oktyabr ayında Ukrayna Silahlı Qüvvələrinin 1400-dən çox hava hücumu silahı, o cümlədən 37 təyyarə və 6 ATACMS raketi məhv edilib.  pizza hut

Rusiya hərbi idarəsinin rəhbəri qeyd edib ki, vurulan təyyarələrin sayı Ukraynaya “vəd edilən” F-16-ların sayından təxminən iki dəfə çoxdur. 

“Əgər bizim zenit sistemimiz bu rejimdə işləsə, amerikan qırıcılarını məhv etmək bizə cəmi 20 gün çəkəcək”, - deyə nazir bildirib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!