Qeyri–adi toy: Məşhur cütlük cənazə maşınında gəldi   - Fotolar

saytların hazırlanması

Evə çatdırılma

Qeyri–adi toy: Məşhur cütlük cənazə maşınında gəldi - Fotolar

Şou

13 Sentyabr 2019 16:56 1021


Aparıcı Ksenya Sobçak və rejissor Konstantin Boqomolov bu gün nikah masasına oturub.

“Yeni Sabah” Rusiya KİV-nə istinadən xəbər verir ki, cütlük maraqlı nikah mərasimi təşkil edib. Onlar məkana qırmızı güllərlə bəzədilmiş cənazə maşını ilə gəliblər.

Avtomobilin üstündə isə "Ölüm bizi ayırana qədər" sözləri yazılıb. Maşından əl-ələ tutaraq düşən sevgililər nikah salonuna daxil olublar. pizza sifarişi

Sobçak ağ, bəzi yerləri transparan olan uzunqol gəlinlik geyinib. Bəy isə qara kostyuma üstünlük verib.

Qeyd edək ki, aparıcı və rejissorun toyu şənliyi bu gün Moskvada keçiriləcək. Məclis cütlüyə 16 milyon rubla başa gəlib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!