ABŞ-li aktrisa Ancelina Coli Qəzzadakı dağıntılarla bağlı paylaşım edib.
“Yeni Sabah” xəbər verir ki, aktrisa sosial media hesabında Qəzzanın dağıntılarını əks etdirən peyk görüntülərini yayımlayıb.
Coli bildirib ki, BMT-nin peyk analizlərinə əsasən, iyunun 16-na olan məlumata görə, Qəzzada infrastrukturun 82 faizi zərər görüb. Toyuqlu pizza
Aktrisa qışın yaxınlaşdığını vurğulayaraq, Qəzza əhalisinin 94 faizinin, yəni təxminən 2 milyon insanın sığınacağa və əsas ehtiyaclarının qarşılanmasına ehtiyac duyacağını qeyd edib.
O, evlərin, məktəblərin, universitetlərin, xəstəxanaların, yolların, su və sanitariya sistemlərinin dağıdıldığını bildirib.
A.Coli vurğulayıb ki, peyk görüntüləri dağıntıların miqyasını göstərsə də, bu şəraitdə yaşamağın nə demək olduğunu və sağ qalan insanların həyatını əks etdirə bilmir.
Aktrisa Qəzzaya humanitar yardımların çatdırılmasının vacibliyini qeyd edib.
Aydan Hacı
Telegram kanalımız