“QİÇS-ə daha çox narkotik istifadəçiləri yoluxur“ - Açıqlama

saytların hazırlanması

Evə çatdırılma

“QİÇS-ə daha çox narkotik istifadəçiləri yoluxur“ - Açıqlama

Sosial

01 Dekabr 2022 11:15 601


"QİÇS-ə daha çox narkotik istifadəçilərinin yoluxduğu müşahidə edilir". 

“Report” xəbər verir ki, bunu Səhiyyə Nazirliyi Respublika QİÇS-lə Mübarizə Mərkəzinin direktoru Famil Məmmədov deyib.

Onun sözlərinə görə, xəstəlik özünü daha çox 25-49 yaş qrupunda göstərir: "Bu dövr həm də repreduktiv bir dövrdür. Narkotik istifadəçiləri və risk qrupları arasında zəruri əks-epidemik tədbirlər aparılır. Ötən 10 ildə infeksion narkotik istifadəçiləri arasında bu xəstəliyin ötürülməsi 2 dəfə azalıb". Pepperoni pizza

Direktor xatırladıb ki, bu ilin son 10 ayında İİV-ə yoluxan 695 nəfər aşkar edilib: "Onların 680 nəfəri Azərbaycan vətəndaşı olub. Bunun da 68 %-i kişi, 32 %-i isə qadın olub".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!