Aktyor İlkin Misgərli efirdə göz yaşlarına hakim ola bilməyib.
Yenisabah.az xəbər verir ki. “Şou-ATV” verilişinin qonağı olan aktyor maddi sıxıntılarından bəhs edib:
“Aşağıda olanda özüm özümə dedim ki, ağlamayacağam, kövrəldim. İncəsənət universitetində oxuyanda qrupda bir mən kirayə qalırdım, hamı öz evinə eşiyinə gedirdi. Elə gün olub ki, metroya minməyə “jetonum” olmayıb, zarafatla uşaqlardan alıb evə getmişəm. Gün olub ki, gecə çörək yeməmişəm, kasıblıq olub, evdə deməmişəm. Bu günə şükür olsun, İlkin Həsəni sağ olsun, dəvət etdi, bir-birimizə əl tutduq”. pizza hut
O, Qılman doktor obrazı ilə vaxtilə atasına səhv diaqnoz qoyan həkimdən qisas aldığını deyib:
“Atam rollarımı demək olar ki, izləyə bilmədi. Hərdən rayona gedəndə anam deyir ki, kaş atan sağ olaydı, uğurlarını görəydi. Azərbaycanda tanınmış həkimlər olsa da, pis həkimlər də var. Mən Qılman doktor obrazı ilə həmin o pis həkimdən qisas almışam. O vaxt atama səhv diaqnoz qoydular, səhv müalicə oldu, Bakıya gətirdik, amma gec idi. Qılman obrazı ilə ondan qisas almışam. Hərdən mənə həkimlər deyir ki, niyə belə edirsən? Deyirəm vallah, biz yaxşı həkimlərdən danışmırıq, pisləri göstəririk ki, bəlkə düzələr”.
Həmin görüntüləri təqdim edirik:
Telegram kanalımız