“Qırğızıstan KTMT iştirakçıları arasında mübahisələr yarandıqda güc tətbiq etməmək mexanizmlərinin yaradılmasını təklif edir”.
Yenisabah.az “Sputnik Kyrgyzstan”a istinadla xəbər verir ki, bunu Qırğızıstanın xarici işlər naziri Jeenbek Kulubayev təşkilatın baş katibi İmanqali Tasmaqambetov ilə görüşündə deyib.
Təşkilatın press-relizində deyilir: “Kulubayev diqqəti KTMT-nin potensialının daha da gücləndirilməsi və inkişaf etdirilməsi, xüsusən də təşkilatın məsuliyyət sahəsində böhranların qarşısının alınması və mübahisələrin həlli zamanı hüquqi və siyasi qüvvədən istifadə edilməməsi mexanizmlərinin işlənib hazırlanmasına yönəldib”. pizza
Nazir bəyan edib ki, Qırğızıstan KTMT-nin üzv dövlətlərinin xarici təhdid və çağırışlara qarşı kollektiv təhlükəsizliyinin təmin edilməsinə yönəlmiş fəaliyyətini dəstəkləyir.
Tasmaqambetov, öz növbəsində, Qırğızıstanın xarici işlər nazirini əmin edib ki, KTMT potensialının inkişafı ilə bağlı respublikanın mövqeləri və təklifləri nəzərə alınacaq.
Xatırladaq ki, KTMT üzvləri Rusiya, Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan və Tacikistandır.
Telegram kanalımız