Qırğızıstanın Müdafiə Nazirliyi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) ölkə ərazisindəki “Sarsılmaz qardaşlıq - 2022” komanda-qərargah təlimlərini ləğv edib.
Yenisabah.az TASS-s istinadən xəbər verir ki, məlumata görə, təlimlərin keçirilməsi oktyabrın 10-dan 14-dək Edelveys mərkəzində planlaşdırılıb. Onların ləğvi səbəbləri açıqlanmayıb.
Təlimlərə Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya və Tacikistanın sülhməramlı kontingentləri cəlb edilməli idi. pizza hut
Qeyd edək ki, KTMT-nin sülhməramlı qüvvələri ilə “Sarsılmaz Qardaşlıq” təlimləri 2012-ci ildən keçirilir.
Telegram kanalımız