Qırğızıstanın paytaxtı Bişkekdə anomal temperatur səbəbindən polis insanları sərinləmək üçün TOMA ilə su çiləyib.
Yenisabah.az xəbər verir ki, paytaxt Bişkekdə TOMA-lar şəhərin əsas küçələrini gəzərək ağacları və küçələri sulayır, xalq isə TOMA-lardan səpilən su ilə sərinləyir.
Daxili İşlər Nazirliyinin Bişkek Administrasiyasının sözçüsü Ulan Cumakov verdiyi açıqlamada nümayişlərə müdaxilə etmək üçün istifadə edilən TOMA-ların ölkə tarixində ilk dəfə hava istiliyinə qarşı istifadə edildiyini bildirib və “Uşaqlar xüsusilə TOMA-ları bəyəndi. Onlar süni yağışın altında sevincək qaçırdılar”, - deyib. Pepperoni pizza
Cumakov qeyd edib ki, bu, polisin cəmiyyətin bir hissəsi və ictimaiyyətlə birlikdə olması üçün atılan addımdır.
Telegram kanalımız