Qiymət artımı küçələri qarışdırdı - Polis sərt müdaxilə etdi

saytların hazırlanması

Evə çatdırılma

Qiymət artımı küçələri qarışdırdı - Polis sərt müdaxilə etdi

Dünya

15 Sentyabr 2026 16:38 95


Fransada yanacağın qiymətinin artması balıqçıların etirazına səbəb olub. Etiraz zamanı polis ilə balıqçılar arasında qarşıdurma yaranıb və hüquq-mühafizə əməkdaşları onlara bibər qazı ilə müdaxilə edib. 

“Yeni Sabah” xəbər verir ki, Bouches-du-Rhone vilayətinin Fos-sur-Mer şəhərində balıqçılar yanacaq qiymətlərinin bahalaşmasına etiraz olaraq aksiya keçiriblər. Etirazçılar neft anbarının girişini yük maşınları ilə bağlayıblar. Hadisə yerinə gələn polis əməkdaşları balıqçılardan yolu açmağı və aksiyanı dayandırmağı tələb edib. Balıqçılar tələbi yerinə yetirmədikdən sonra əraziyə çevik polis qüvvələri cəlb olunub. Tərəflər arasında qarşıdurma yaranıb.

Polis etiraz edən balıqçılara bibər qazı ilə müdaxilə edib. Müdaxilədən sonra balıqçılar aksiyanı dayandırmağa məcbur olublar. pizza mizza

Əsmətxanım Rzazadə


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!