Azərbaycanda qiymətlərdən yeni rekord: 7 ayın rəqəmləri -   SİYAHI

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda qiymətlərdən yeni rekord: 7 ayın rəqəmləri - SİYAHI

İqtisadiyyat

11 Avqust 2026 16:09 46


2026-cı ilin yanvar-iyul aylarında Azərbaycanda istehlak qiymətləri 2025-ci ilin eyni dövrü ilə müqayisədə 5,7 faiz artıb.

“Yeni Sabah” xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin məlumatında bildirilib.

Məlumata görə, hesabat dövründə qida məhsulları, alkoqollu içkilər və tütün məmulatları üzrə qiymətlər 6,8 faiz, qeyri-qida məhsulları üzrə 3,8 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə isə 5,7 faiz yüksəlib. pizza mizza

2025-ci ilin iyul ayı ilə müqayisədə 2026-cı ilin iyulunda istehlak qiymətləri 5,8 faiz artıb. Bununla yanaşı, cari ilin iyul ayında istehlak qiymətləri iyun ayı ilə müqayisədə 0,1 faiz azalıb. Beləliklə, ilin ilk yeddi ayında qiymət artımında ən yüksək göstərici qida məhsulları, alkoqollu içkilər və tütün məmulatları qrupunda qeydə alınıb.

Aytac Əliyeva


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!