“Qız uşağı doğulmasın deyə, yoldaşınızı aborta məcbur etdiniz“   - Faiq kişiləri qınadı

saytların hazırlanması

Evə çatdırılma

“Qız uşağı doğulmasın deyə, yoldaşınızı aborta məcbur etdiniz“ - Faiq kişiləri qınadı

Şou

22 Fevral 2021 12:42 1077


Xalq artisti Faiq Ağayev 20 yaşlı Sevil Atakişiyevanın intiharına münasibət bildirib.

Yenisabah.az xəbər verir ki, müğənni sosial şəbəkədə yayımladığı statusunda bunları qeyd edib:

- Nə kimi əməlisalehlik etmişiniz bu həyatda? Pepperoni pizza

- Həddi-buluğa çatmayan qız uşağını ərə verənlərə "el adətidir" deyib, bəraət qazandırdınız.

- Zorlanan qıza yox, cinayətkara can yandırdınız.

- Özgənin halal zəhmətlə qazandığı mal-mülkünə qarətçi göz dikib, "haramla yığıb da!" dediniz.

- Qız uşağı doğulmasın deyə, nəsillikcə şiddət göstərib, həyat yoldaşlarınızı aborta məcbur etdirdiniz.

- Uşaqlarınızın gələcəyini düşünmədən "həzmi-rahat" edib, onları təhsildən uzaqlaşdırıb, bu gününüzə qurban etdiniz.

- İndi də intihar edənləri, araşdırmadan, "Allaha qarşı çıxdı" adıyla, ağzınız köpüklənə-köpüklənə lənətləyirsiniz. Yaradana ən böyük itaətsizlik edənin, ona qarşı çıxanın ən yekəsi elə özünüzsünüz. Özünüzdən başlayın bu dünyanı səliqə-sahmana salmağa. Əlbət ki, onda Allah özü sizə yar və yardımçı olar".

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!