“İnsanın sevgiyə münasibəti uşaqlıqdan hansı tərzdə olursa, gələcəkdə şəxsə bağlılığı da o cür olur”.
Bu sözləri Yenisabah.az-a açıqlamasında psixoloq Gülər Məmmədova deyib. Qeyd edək ki, Cəlilabad rayonunda ötən gün intihar hadisəsi baş verib. 20 yaşlı tələbə özünü yaşadığı evdən asıb. Deyilənə görə, o sevdiyi qızdan ayrılıb və bu ayrılıq onda dərin sarsıntı yaradıb. Bu səbəbdən həyatına son qoyub.
Psixoloqun sözlərinə görə, bu faciənin baş verməsində təhsil müəssisələrinin heç bir günahı yoxdur: Pepperoni pizza
“Bu, insan psixikası ilə bağlı olan bir məsələdir. Onlar validyenlərinin bir-birinə olan münasibətlərinə baxır, ata-ananın işlətdiyi ifadələrə diqqət edirlər. Onlar necə danışırlarsa, öz həyatını da elə qururlar. Məsələyə bu kontekstdən yanaşırlar. Buna görə, adi bir şeyi faciə kimi qarşılayırlar. Onlar məntiqlə yox, duğularla yaşayırlar”.
Psixoloq qeyd edib ki, bu cür xarakter həyat bilgisi çox az olan insanlara xasdır:
“İnsan öz xarakterində olan qüsurların üzərində işləmir. Düşünür ki, filankəs mənim olmalıdır. Mənim deyilsə, özümə qəsd edəcəm, başqa yolu yoxdur. Bu cür yanaşma həyatın fəlsəfəsini tam anlamayan, həyat bilgisi az olan insanlara xasdır. Çünki şəxsiyyəti sağlam olan insan qarşılıqlı münasibətlərdə heç vaxt iztirab çəkmir. Əslində, bunun kökündə təkcə qızla bağlı problemi dayanmır. Bu vaxta qədər onun özü ilə bacara bilmədiyi, həyata adekvat reaksiya verə bilmədiyi hallar çox olub. Qızdan ayrılması bardağı daşıran sonuncu damla olub”.
G.Məmmədova genetik faktorların da böyük rol oynadığını bildirib:
“Uşaq öz psixi portretini qəbullana bilmir. Valideyn də bəzən çox narahat olur. Atadan, anadan gələn psixi pozuntular da böyük rol oynayır. Genetik faktorlar da olur. Mühitin də rolu var. Mühit bəzən şəxsi düzgün tərbiyə etmir. Sonu da belə olur”.
Nəzrin Vahid
Telegram kanalımız