Qızıl meydanda dana ilə gəzən eko-fəal həbs olundu

saytların hazırlanması

Evə çatdırılma

Qızıl meydanda dana ilə gəzən eko-fəal həbs olundu

Dünya

01 Fevral 2023 18:06 717


Moskvanın Tverskoy Məhkəməsi ABŞ vətəndaşı Alisiya Deyə Qızıl Meydanda dana gəzintisi zamanı yol verdiyi pozuntulara görə 13 sutka inzibati həbs cəzası və 20 min rubl cərimə kəsib.

Yenisabah.az "Interfax"a iüstinadla xəbər verir ki, Dey infrastruktur obyektlərinin fəaliyyətinə və piyadaların hərəkətinə mane olmaqda ittiham olunub.

Aksiya yanvarın 31-də baş tutub.Dey danadan istifadə edərək “Heyvanlar yem deyil” şüarını səsləndirib və həbsdən sonra sənədlərini hüquq-mühafizə orqanlarına göstərməkdən imtina edib. Pepperoni pizza

O, məhkəmədə şüar səsləndirmədiyini və hərəkətinin ictimai-siyasi xarakter daşımadığını bildirib.

A. Dey amerikalı ekoloji fəal və vegetariandır. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!