Burada reklam sizin uğurunuzdur.

tel/whatsapp: 070 855 41 11

Burada reklam sizin uğurunuzdur.

tel/whatsapp: 070 855 41 11

“Qızıl qələm“ mükafatını 30 manata satan şəbəkə...“  - Etiraz
17 İyn 2021 17:25
521

“Qızıl qələm“ mükafatını 30 manata satan şəbəkə...“ - Etiraz

"Qızıl qələm" mükafatını əvvəlcə 100, sonra 50, axırda 30 manata satan şəbəkə yadınızdadırmı? Həmin qrup indi daha prestijli qarşılanacaq yeni ödül quraşdırıb: "ULU ÖNDƏR" Fəxri Media Mükafatı. "15 iyun-Qurtuluş günü"ndə ilk təqdimatlarını ediblər. Nə yaxşı ki, laureat duyuq düşüb, işi tez anlayıb, "mükafatı" geri qaytarıb. Amma başqa ünvanlara üz tutmayacaqları nə məlum? Əgər "Qızıl qələm"i ucuzlaşdırıb gözdən saldıqları zaman layiqli cavablarını alsaydılar, indi bu cür oyunlarla risq etməzdilər".

Yenisabah.az xəbər verir ki, bu sözləri Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli özünün facebook hesabında yazıb. Azərbaycan Respublikasında rəsmi "Heydər Əliyev" ordeninin mövcud olduğunu xatırladan Ələsgərli qarşı tərəfə belə bir sual ünvanlayıb: 

KİV İşçilərinin Həmkarlar İttifaqının quraşdırdığı ödülün statusu nədir? 

O, daha sonra qeyd edib ki, dostlar bu cür hallarla üzləşəndə bizə-Jurnalistlərin Həmkarlar İttifaqına üz tuturlar: "Təşəkkürümü çatdırıram ki, bizi  xəbərdar edirlər. Amma  hər kəsin bilməsi lazım: bizim təşkilatımız Jurnalistlərin Həmkarlar İttifaqıdır (JuHİ), onlar isə KİV işçilərinin Həmkarlar ittifaqı".

 

 

“Qızıl qələm“ mükafatını 30 manata satan şəbəkə...“  - Etiraz
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər