Qızılın qiyməti ən yüksək həddini keçdi

saytların hazırlanması

Evə çatdırılma

Qızılın qiyməti ən yüksək həddini keçdi

İqtisadiyyat

22 İyul 2026 12:59 61


Qızılın qiyməti son 2 həftənin ən yüksək həddini keçib.

"Yeni Sabah" xəbər verir ki, hazırda Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyasının qiyməti 4114 dollar civarındadır.

Əmtəə birjalarında gümüş, platin və palladiumun da qiymətləri bahalaşıb. pizza

İnvestorlar ABŞ Federal Ehtiyat Sisteminin gələn həftə keçiriləcək iclasından uçot dərəcəsi ilə bağlı ipuçları gözləyir və Yaxın Şərqdəki münaqişəni yaxından izləyir.

“J.P. Morgan” bankının analitikləri hesab edirlər ki, əsas sektorlardan qızıla tələbat əvvəllər proqnozlaşdırıldığı qədər güclü olmayacaq. Bank cari ilin üçüncü rübündə qızılın qiymətinin 4300 dollar, dördüncü rübdə isə 4500 dollar olacağını proqnozlaşdırır. “J.P. Morgan” mərkəzi bankların alışlarının və fiziki tələbin 2027-ci ildə qızılın qiymətrini dəstəkləməyə davam edəcəyini gözləyir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!