“Qızın əmisi başımı kəsmək istəyirdi“ - Fərda ölümlə üz-üzə gəlib   + Video

saytların hazırlanması

Evə çatdırılma

“Qızın əmisi başımı kəsmək istəyirdi“ - Fərda ölümlə üz-üzə gəlib + Video

Şou

17 Fevral 2021 18:07 1255


“Gənc vaxtlarım idi, dilim dinc dayanmadı, söz atdım. Qız da üzümə güldü. Bir gün məni evlərinə dəvət etdi...”

Yenisabah.az xəbər verir ki, bu sözləri aktyor Fərda Xudaverdiyev  ARB telekanalında yayımlanan “Onun Sirri” verilişinin qonağı olduğu zaman deyib.

Aktyor illər əvvəl başına gələn hadisədən danışıb. O, bazarda tanış olduğu qızın əmisinin onun başını kəsmək istədiyini etiraf edib: pizza

“Bazarda işlədiyim vaxtlar idi, orada gözəl bir qız çay paylayırdı. Dilim dinc dayanmadı, söz atdım. 1 həftə keçdi. Bir gün məni evlərinə dəvət etdi. Getdik, gördüm, qız narahatdır. Dedim, "qorxursansa, mən gedim". Bu vaxt evdən əmisi çıxdı. Siyirmədən bıçaq çıxartdı. Bıçağı əlində fırlada-fırlada mənə dedi ki, "burada nə edirsən?" Dedim, iş yoldaşıyıq.

Dedi ki, "sənin başını kəsərəm, heç kim də tapmaz". Sonra cibindən siyahı çıxarıb dedi ki, bayram ərəfəsidi, ya burada yazılanları alım, ya da pulunu verim. Çıxıb canımı qurtardım. Başa düşdüm ki, qurma idi. Dərdləri pul imiş”.

Həmin görüntüləri təqdim edirik:


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!