Mayın 27-də saat 23 radələrində Qaradağ rayonunun Qobustan qəsəbəsi ərazisində qəsəbə sakini E.Gəncəliyev idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən həmyerlisi Seyfəl Veysəlovu vurub.
Daxili İşlər Nazirliyindən (DİN) Yenisabah.az-a məlumata görə, nəticədə piyada hadisə yerində ölüb.
Qaradağ Rayon Polis İdarəsində araşdırma aparılır.
Telegram kanalımız