Bakının Qaradağ rayonunun Qobustan qəsəbəsində bədbəxt hadisə olub.
"Yeni Sabah"a xəbər verir ki, hadisə yerinə dərhal FHN-in Xüsusi Riskli Xilasetmə və Dövlət Yanğından Mühafizə xidmətlərinin qüvvələri cəlb edilib.
Qazıntı işləri aparılan zaman torpaq qatı çöküb və 2 nəfər torpaq qatının altında qalıb.
Xilasedicilər tərəfindən həyata keçirilən xilasetmə əməliyyatı nəticəsində bir nəfər (kişi cinsli) xilas edilib, bir nəfərin (kişi cinsli) meyiti çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən araşdırma aparılır.
Telegram kanalımız