Qorxu dolu anlar: Bu ölkədə güclü zəlzələ baş verdi

saytların hazırlanması

Evə çatdırılma

Qorxu dolu anlar: Bu ölkədə güclü zəlzələ baş verdi

Dünya

01 İyun 2026 08:43 338


Çilidə 6 bal gücündə zəlzələ qeydə alınıb.

“Yeni Sabah” xarici mediaya istinadən xəbər verir ki, yeraltı təkanlar ölkənin Valparaiso bölgəsi yaxınlığında hiss olunub.

İlkin məlumatlara görə, zəlzələnin maqnitudası 6,0 olub. Yeraltı təkanlar paytaxt Santyaqo da daxil olmaqla bir sıra yaşayış məntəqələrində hiss edilib. pizza sifarişi

Hazırda dağıntı və ya insan tələfatı barədə rəsmi məlumat verilməyib. Yerli qurumlar vəziyyəti nəzarətdə saxlayır və mümkün fəsadların araşdırıldığını bildirirlər.

Qeyd edək ki, Çili Sakit okeanın “Odlar halqası” adlandırılan yüksək seysmik aktivlik zonasında yerləşdiyi üçün dünyada ən çox zəlzələ baş verən ölkələrdən biri hesab olunur.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!