Qrono: Aİ Azərbaycan-Ermənistan sülh prosesinə öz dəstəyini davam etdirəcək

saytların hazırlanması

Evə çatdırılma

Qrono: Aİ Azərbaycan-Ermənistan sülh prosesinə öz dəstəyini davam etdirəcək

Siyasət

26 İyun 2026 10:30 68


Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Maqdalena Qrono Bakıda keçirdiyi görüşlərdə müzakirə olunan məsələləri açıqlayıb.

"Yeni Sabah" xəbər verir ki, bu barədə o, “X” hesabında bildirib.

“Yenidən Bakıda olmaqdan və azərbaycanlı tərəfdaşlarımla, o cümlədən Prezidentin köməkçisi Hikmət Hacıyev və Prezidentin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov, eləcə də xarici işlər nazirinin müavini Elnur Məmmədov ilə intensiv məsləhətləşmələr aparmaqdan məmnunam. Toyuqlu pizza

Müzakirələrimiz regional proseslər, Avropa İttifaqı–Azərbaycan münasibətləri, nəqliyyat-logistika imkanları və Azərbaycan–Ermənistan sülh prosesi, həmçinin Avropa İttifaqının Azərbaycanda və Ermənistanda keçirəcəyi yüksək səviyyəli təmasları ərəfəsindəki məsələlərə həsr olundu.

İki ölkə arasında davamlı sülhə gedən yolda əldə olunan tarixi nailiyyətlərin yaratdığı müsbət dinamikanın qorunmasının vacibliyi barədə razılığa gəldik. Bu istiqamətdə Avropa İttifaqı öz dəstəyini davam etdirəcək”, - Qrono qeyd edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!