Qubada avtomobilin vurduğu məktəbli xəstəxanada öldü

saytların hazırlanması

Evə çatdırılma

Qubada avtomobilin vurduğu məktəbli xəstəxanada öldü

Hadisə

04 Oktyabr 2026 16:58 102


Quba rayonunda avtomobilin vurduğu 13 yaşlı qız xəstəxanada həyatını itirib.

"Yeni Sabah" APA-ya istinadən xəbər verir ki, hadisə sentyabrın 30-da Bəhrəli kəndi ərazisində baş verib. Belə ki, yolu keçmək istəyən 2013-cü il təvəllüdlü Gülay Pirmuradovanı avtomobil vurub.

Ağır xəsarətlər alan qız Quba Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Ona açıq kəllə-beyin travması, baş-beyin əzilməsi, döş qəfəsinin kontuziyası və qarın boşluğunun küt travması diaqnozları qoyulub. Pepperoni pizza

Vəziyyəti ağır qiymətləndirilən Gülayın müalicəsi reanimasiya şöbəsində davam etdirilib. Lakin həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, Gülay Pirmuradova Rəhman Məmmədov adına Çinarlı kənd tam orta məktəbinin VIII sinif şagirdi olub.

Faktla bağlı araşdırma aparılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!